Millinin və Türkiyə klubunun üzvü qalib gəldi

12 İyul 2022 03:00 Digər növlər 625
Millinin və Türkiyə klubunun üzvü qalib gəldi

“Əziz Şuşa” beynəlxalq velosiped yarışına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Füzuli Hava Limanından start götürən və Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısında yekunlaşan II mərhələnin qalibi Azərbaycan millisinin və Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunun üzvü Elçin Əsədov olub.

35 yaşlı idmançı 71 km məsafədə qrup ötüşməsində bütün rəqiblərini qabaqlayıb.

Özbəkistanın "Tashkent City" komandasının üzvü Akramjon Sunnatov ikinci, Monqolustan millisinin üzvü İderbold Bold isə üçüncü yerə çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti