Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov UFC-də çıxış edəcək.
Sportal.az xəbər verir ki, yüngül çəkidə AMC “Fight Nights Global” çempionu olan idmançımız UFC ilə rəsmi müqavilə imzalayıb.
Anlaşmada Abbasovun 5 döyüş keçirməsi nəzərdə tutulub.
28 yaşlı döyüşçü dünyanın ən nüfuzlu MMA təşkilatının bayrağı altında çıxış edəcək.
Nəriman burada titul qazanmaq iddiasında olduğunu açıqlayıb:
“UFC ilə müqavilə imzalayan ilk azərbaycanlı kimi çox sevinirəm. Necə çempion olmuşuqsa, ora da çempion olmağa gedirik”.
Artıq idmançımızın ilk rəqibi və döyüşün vaxtı da dəqiqləşib. Abbasov sentyabrın 6-da ABŞ-ın Las-Veqas şəhərində braziliyalı İsmael Bonfimlə üz-üzə gələcək.
Təmsilçimizin dekabrda daha bir qarşılaşmaya çıxması planlaşdırılıb.

