“Mən həkim deyiləm” - “Qarabağ”ın rəqibinin baş məşqçisi

3 Oktyabr 2025 15:40 Digər növlər 979
“Mən həkim deyiləm” - “Qarabağ”ın rəqibinin baş məşqçisi

“Leverpul”un baş məşqçisi Arne Slot Premyer Liqada “Çelsi” ilə oyundan əvvəl jurnalistlərin qarşısına çıxaraq, komandasının heyətindəki son durumla bağlı açıqlama verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin çalışdırıcısı əsas qapıçı Alisson Bekkerin qarşıdakı matçda iştirak etməyəcəyini və Braziliya millisinin düşərgəsinə də qoşulmayacağını təsdiqləyib:

“Alisson sabah heyətdə olmayacaq və Braziliya yığmasına da getməyəcək. Beynəlxalq fasilədən dərhal sonra oynamağa hazır olsa, bu, məni təəccübləndirər.

Proses ya sürətli, ya da ləng gedə bilər. Proqnoz vermək çətindir. Mən həkim deyiləm, ona görə də əvvəlki zədənin təkrarlanıb-təkrarlanmadığını dəqiq deyə bilmərəm”.

Slot həmçinin, digər iki futbolçu – Huqo Ekitike və Federiko Kyezaya da toxunub:

“Ekitike bu gün yenidən məşqlərə başlayacaq. Onun vəziyyətini izləyəcəyik. Kyeza üçün də eyni sözləri deyə bilərəm”.

“Çelsi” – “Liverpul” matçı sabah saat 20:30-da start götürəcək. Hər iki komanda “Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqibidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA