"Mən xoşbəxtəm ki, buna nail olduq" - Yığmanın baş məşqçisi

17 Noyabr 04:00 Digər növlər 766
"Mən xoşbəxtəm ki, buna nail olduq" - Yığmanın baş məşqçisi

"Bu, Avropa çempionatında ilk yüksək nailiyyətimiz idi".

Sportinfo.az xəbər verir ki, bunu aerobika gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Marian Kolev media nümayəndələrinə açıqlamasında bildirib.

O, gərgin keçən yarışda çempionluğu böyük nailiyyət adlandırıb.

"Düzdür, məşqlər çox ağır idi, amma mən xoşbəxtəm ki, buna nail olduq. Bu, Avropa çempionatında ilk qızıl medalımız idi .

Bunun üçün hamıya, xüsusən də federasiyaya, bizi dəstəkləyənlərə çox təşəkkür edirəm", - baş məşqçi qeyd edib.

Aerobika gimnastikası üzrə Avropa çempionatında azərbaycanlı cütlük (Mədinə Mustafayeva - Vladimir Dolmatov) birinci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!