COP29

Deyəsən, mən deyən olacaq - Möhkəm ol, "Qəbələ"!

23 Aprel 13:40 Çempionlar Liqası 2 109
Deyəsən, mən deyən olacaq - Möhkəm ol, "Qəbələ"!

«Qəbələ» komandasının yüksək liqadan düşməsini heç istəmirəm.

Ümumiyyətlə, mən əyalət komandalarının tərəfdarıyam, xüsusilə də «Qəbələ»nin.

Bu şəhərdə futbol üçün Azərbaycanın özündənrazı komandalarında olmayan infrastruktur yaradılıb, akademiya yaradılıb, 4 stadion tikilib və sair və ilaxır.

Və yazmışdım, yaxşı olar ki, «Qəbələ» birinci divizyondan yüksək liqaya keçmək istəyən komandaların biri ilə pley-of oynasın. Əgər pley-ofda da bəxti gətirməsə day başqa sözüm yoxdur.

İndi mətbuatda oxuyuram ki, AFFA-nın yeni prezidenti Rövşən Nəcəf açıqlama verib ki, növbəti mövsümdə yüksək liqada klubların sayı 12-yə çatdırılacaq.

Beləliklə, «Qəbələ»nin birinci divizyona düşmə ehtimalı sıfıra yaxınlaşır.

Ya da uzaqbaşı, birinci divizyonun qaliblərinin biri ilə pley-of oynaya bilər.

Möhkəm ol, «Qəbələ»! Sən Azərbaycan futbolunda öz sözünü demiş bir klubsan və yenə də öz sözünü deyəcəksən.

Sənə uğurlar arzulayırıq!

Aqil Abbas

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"