“Mançester Yunayted”in sabiq oyunçusu Roy Kin komandanın Premyer Liqanın son turunda evdə “Lids”ə 1:2 hesablı məğlubiyyətini şərh edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq futbolçu bunu deyib:
“Yarımmüdafiə, xüsusən də, ilk hissədə yox idi. Enerji yox idi, keyfiyyət yox idi.
Oyuna bu qədər yavaş başlayanda geri qayıtmaq çox çətindir. Qaçmalısan,
“Mançester Yunayted” isə qaçmadı. Sadəcə, sonda bir az çox – amma gec idi”.
“Qırmızı şeytanlar” hazırda Premyer Liqanın turnir cədvəlində 3-cü yerdədirlər. Komanda növbəti oyununda səfərdə “Çelsi” ilə qarşılaşacaq.

