“Kimsə soyunub-geyinmə otağına girsəydi, necə qəzəbli olduğumuzu görərdi”

“Kimsə soyunub-geyinmə otağına girsəydi, necə qəzəbli olduğumuzu görərdi”

"Etiraf etməliyik ki, ilk oyun planlaşdırıldığı kimi getmədi.

İlk hissə bizim üçün yaxşı göründü, amma ikinci hissədə ritmimizi itirdik və rəqibin bizdən üstün olmasına imkan verdik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Ferensvaroş"un (Macarıstan) futbolçusu Qruber Zombor Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la cavab oyunu öncəsi deyib.

20 yaşlı hücumçu "İndex.hu"ya müsahibəsində bildirib ki, ilk görüşdə qeydə alınan 1:3 hesablı məğlubiyyətdən sonra mərhələ keçmək çətin görünsə də, bunun üçün gücləri var:

"Bu, asan vəziyyət deyil, amma oyunu dəyişmək üçün əlimizdən gələni edəcəyik. Hamımız Çempionlar Liqasının əsas mərhələsində oynamaq istəyirik.

Ötən çərçənbə axşamı kimsə soyunub-geyinmə otağına girsəydi, necə qəzəbli olduğumuzu görərdi. Çünki rəqib bizi şoka salmışdı.

"Qarabağ"ı məğlub etmək üçün kifayət qədər gücə qadir olduğumuzu hiss edirik. Amma bunun üçün şanslarımızdan daha yaxşı istifadə etməliyik".

Qruber onu da bildirib ki, komandada heç kim Avropa Liqası haqda düşünmür:

"Öz komandamın oyunundan əvvəl Çempionlar Liqasının himnini dinləyə bilmək mənim üçün bir xəyal idi. Hamımız bunu payızda meydanda ən azı daha 8 dəfə eşitmək istəyirik.

8 məğlubiyyət alacağımızı əvvəlcədən bilsəydim, yenə də Çempionlar Liqasında iştirak etməyi seçərdim.

Nə qədər ki, daha böyük məqsədə çatmaq şansımız var, diqqətimizi başqa bir şeyə yönəltmək niyyətimiz yoxdur".

"Qarabağ"la "Ferensvaroş" arasında bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiiriləcək cavab görüşü saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti