
Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasında 3-cü turunda “Qarabağ” Şamaxıda “Karvan-Yevlax”ın qonağı olub və 2:0 hesablı qələbə qazanıb.
Sportinfo.az xəbər verir ki, oyunun start fitindən əvvəl xoşagəlməz anlar yaşanıb.
Belə ki, komandaların heyətləri düzülüşdən əvvəl hakimlərlə görüşüblər.
Bu zaman Ağdam klubunun futbolçuları Musa Qurbanlı və Bədavi Hüseynov qarşılaşmanın qadın yan xətt hakiminin əlini sıxmayıblar.
Futbolçuların bu davranışı sosial şəbəkələrdə tənqidlə qarşılanıb.
Həmin anın videosunu təqdim edirik: