
“Flamenqo”nun hücumçusu Juninyo Olavionun “Qarabağ”a qayıtması yenidən gündəmə gəlib.
Sportinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, Azərbaycan çempionu 28 yaşlı forvardla danışıqları bərpa edib.
“Qarabağ”ın Çempionlar Liqasında Liqa mərhələsinə yüksəlməsi və Juninyonun “Flamenqo”da əsas heyətə düşə bilməməsi keçidin baş tutmasına yol aça bilər.
Braziliya klubunun baş məşqçisi Filipe Luis də son açıqlamasında komandasından razı olduğunu, rəqabətdə uduzan bəzi oyunçuların qarşıdakı günlərdə ayrıla biləcəyini etiraf edib.
25 matçda cəmi 3 qol vuran Juninyonun komandadan ayrılmağa ilk namizəd olduğu bildirilir. O, yanvarda 5 milyon avro qarşılığında tərk etdiyi “Qarabağ”a qayıtmaq arzusundadır.
Ağdamlılar “sambaçı”nı 1 illik icarəyə götürmək niyyətindədir. “Flamenqo” isə onu birdəfəlik satmağa çalışır.
Tərəflər müsbət nəticə üçün maliyyə şərtlərini müzakirə edirlər. Juninyonun “Qarabağ”a qayıtmaq istəyi danışıqlara təsir edə bilər.