“Millinin yeni baş məşqçisinə yaxşı qapıçı olduğumu sübut etməliyəm”

11:00 Qarabağ 457
“Millinin yeni baş məşqçisinə yaxşı qapıçı olduğumu sübut etməliyəm”

“Çempionlar Liqasında oynamağı həmişə xəyal etmişəm.

Özümü çox xoşbəxt hiss edirəm.

Fikirlərimi ifadə etməkdə çətinlik çəkirəm, tarixi uğura imza atdıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Mateuş Koxalski komandasının Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasını şərh edərkən deyib.

Polşalı kiper qeyd edib:

“Mənim üçün rəqibin fərqi yoxdur, amma böyük stadionlarda böyük klublara qarşı oynamağı hər zaman arzu etmişəm”.

O, Polşa millisində də özünü sübut etməyə çalışacağını söyləyib:

“Özümü ən yaxşı tərəfdən göstərməyə çalışacacam. Polşa millisinin yeni baş məşqçisinə yaxşı qapıçı olduğumu sübut etməliyəm”.

Digər Xəbərlər
Xəbər Lenti