COP29

“Ludoqorets”in qapıçısı “Qarabağ”da nə görüb?

2 Avqust 09:00 Çempionlar Liqası 8 489
“Ludoqorets”in qapıçısı “Qarabağ”da nə görüb?

“Ludoqorets”in qapıçısı Hendrik Bonmann Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşacaqları “Qarabağ” haqda danışıb.

Sportinfo.az "Dsport"a istinadən xəbər verir ki, qolkiper Ağdam təmsilçisinə qarşı görüşlərin çox çətin olacağını vurğulayıb:

"Buna əmin olmaq üçün “Qarabağ” – “Bayer” matçına baxmaq kifayətdir. Turnir hər yeni mərhələsi ilə getdikcə çətinləşir.

Hazırlaşmalıyıq. Düşünürəm ki, “Qarabağ”la oyunda şansımız var. İlk oyunu harada keçirməyin daha yaxşı olduğu barədə heç nə deyə bilmərəm.

Biz səfərdə yaxşı çıxış etmək və sonra azarkeşlərimizin qarşısında bunu davam etdirmək istəyirik”.

Qarabağ"ın "Ludoqorest"lə ilk oyunu avqustun 6-ı Bakıda, cavab görüşü isə avqustun 13-ü Bolqarıstanda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!