“Qalatasaray” qrupdan çıxacaqmı? - Çempionlar Liqasında BU GÜN

12 Dekabr 2023 12:20 Çempionlar Liqası 704
“Qalatasaray” qrupdan çıxacaqmı? - Çempionlar Liqasında BU GÜN

Çempionlar Liqasında qrup mərhələsinin son turuna bu gün start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk gündə A, B, C və D qruplarında mübarizəyə yekun vurulacaq.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Danimarkada “Kopenhagen”in qonağı olacaq. İstanbul klubu növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq qalib gəlməlidir.

Bu matçda mümkün bərabərlik və “Mançester Yunayted”in qələbəsi “Cim-Bom”un avrokuboklarla vidalaşmasına səbəb ola bilər.

C qrupunda isə “Napoli” ilə “Braqa” ikinci yerin sahibini öz aralarındakı görüşdə müəyyənləşdirəcəklər. Portuqaliya təmsilçisi 1/8 finala adlamaq üçün minimum 2 top fərqi ilə qələbə qazanmalıdır.

Bu qruplarda “Bavariya”, “Arsenal”, PSV, “Real”, “İnter” və “Zaltsbuq” növbəti mərhələyə vəsiqəni öncədən təmin ediblər.

12 dekabr

A qrupu
00:00. “Mançester Yunayted” (İngiltərə) – “Bavariya” (Almaniya)
00:00. “Kopenhagen” (Danimarka) – “Qalatasaray” (Türkiyə)
Xal durumu: “Bavariya” – 13, “Kopenhagen” – 5, “Qalatasaray” – 5, “Mançester Yunayted” - 4.

B qrupu
21:45. “Lans” (Fransa) – “Sevilya” (İspaniya)
21:45. PSV (Niderland) – “Arsenal” (İngiltərə)
Xal durumu: “Arsenal” – 12, PSV – 8, “Lans” – 5, “Sevilya” - 2.

C qrupu
00:00. “Napoli” (İtaliya) – “Braqa” (Portuqaliya)
00:00. “Union” (Berlin, Almaniya) – “Real” (İspaniya)
Xal durumu: “Real” – 15, “Napoli” – 7, “Braqa” – 4, “Union” - 2.

D qrupu
00:00. “İnter” (İtaliya) – “Real Sosyedad” (İspaniya)
00:00. “Zaltsburq” (Avstriya) – “Benfika” (Portuqaliya)
Xal durumu: “Real Sosyedad” – 11, “İnter” – 11, “Zaltsburq” – 4, “Benfika” - 1.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!