"Qarabağ" altı il öncəki yenə oyunu nümayiş etdirir, oyun stilləri dəyişməyib"

17 Avqust 2022 16:30 Çempionlar Liqası 321
"Qarabağ" altı il öncəki yenə oyunu nümayiş etdirir, oyun stilləri dəyişməyib"

"Viktoriya" bu gün Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, Plzen təmsilçisinin müdafiəçisi Yan Kopiç açıqlama verib:

- Altı il öncə bu stadionda oynamışdınız. Təəssüratlarınız necədi?

- Çox yaxşı yadımdadı hər şey. Stadionun vəziyyəti çox yaxşı idi. Burada uğurlu nəticə qazanmışdıq. Yüngül zədəm olsa da, 90 dəqiqəni oynamaq elə də çətinlik yaratmayacaq.

- Altı il əvvəl burada oynayanda böyük basqı var idi sizə. İndi də elə atmosfer gözləyirsiz?

- "Qarabağ" altı il öncəki yenə oyunu nümayiş etdirir. Oyun stilləri dəyişməyib. Hücumameyilli oyunçulardan daha çox istifadə edirlər. Çalışacağıq ki, yaxşı müdafiə olunaq və müəyyən şanslar olanda bundan istifadə edək.

- Altı il əvvəl bəxt sayəsində "Qarabağ"ı keçə bilmişdiniz. Bu fikirlə razısan? Səncə, sabah da bəxt sizin tərəfinizdə olacaq?

-Bəli, yadımdadı, şans nəticəsində qalib gəlmişdik. Amma şansa o qədər ümid bəsləmək istəmirik. Öz oyunumuz və texnikamızla qalib gəlmək istəyirik.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!