“Qarabağ” daha iki potensial rəqibini tanıdı - Çempionlar Liqasında

15 Aprel 2024 12:40 Çempionlar Liqası 3 873
“Qarabağ” daha iki potensial rəqibini tanıdı - Çempionlar Liqasında

Azərbaycan Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Qarabağ”ın 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha iki potensial rəqibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Litva klubu “Panevejis” və ya Qazaxıstan komandası “Ordabasi” ilə qarşılaşa bilər.

Adıçəkilən klubların yer alacağı səbət daha əvvəl qeyri-müəyyən idi. Onların püşkatma zamanı səpələnməmişlərdə qərarlaşacaqları artıq dəqiqləşib.

Ümumiyyətlə, yarışa I raunddan qoşulacaq 13 komanda artıq bəllidir ki, onlardan 6-sı – “Qarabağ”, “Slovan” (Slovakiya), HİK (Finlandiya), “Flora” (Estoniya), “Klaksvik” (Farer adaları) və “Şemrok Rovers” (İrlandiya) püşkatma zamanı səpələnmişlərdə, yəni güclülərin sırasında olacaqlar.

“Qarabağ” 33,000 əmsalla mərhələnin ən yüksək reytinqə malik komandasıdır.

Daha əvvəl “Vikinqur”un (İslandiya) səpələnməmişlərdə olacağı bilinirdi. TNS (Uels), RFŞ (Latviya), Batumi “Dinamo”su (Gürcüstan) və Minsk “Dinamo”sunun (Belarus) səbəti isə qeyri-müəyyəndir.

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır