Mahir Emreli üçün “Bude Qlimt” – ÇL-də I təsnifatın püşkü

15 İyun 2021 14:30 Çempionlar Liqası 1 403
Mahir Emreli üçün “Bude Qlimt” – ÇL-də I təsnifatın püşkü

Çempionlar Liqasında 2021/2022 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə 16 cüt müəyyənləşib.

Azərbaycan təmsilçisi "Neftçi" "Dinamo"ya (Tbilisi) rəqib olub.

Azərbaycan yığmasının futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı isə Norveçin “Bude Qlimt” komandası ilə üz-üzə gələcək.

Çempionlar Liqası, I təsnifat mərhələsi

“Fola Eş” (Lüksemburq) - "Linkoln" (Cəbəllütariq)

"Slovan" (Bratislava, Slovakiya) - "Şemrok Rovers" (İrlandiya)

“Malmö” (İsveç) - "Riqa" (Latviya)

“Bude Qlimt” (Norveç) - "Legiya" (Polşa)

"Konnas-Ki Nomads" (Uels) - "Alaşkert" (Ermənistan)

HİK (Helsinki, Finlandiya) - "Buduçnost" (Monteneqro)

ÇFR (Rumıniya) - "Borars" (Banya-Luka, Bosniya və Herseqovina)

"Şkendiya" (Şimali Makedoniya) - "Mura" (Sloveniya)

"Teuta" (Albaniya) - "Şerif" (Moldova)

"Dinamo" (Tbilisi, Gürcüstan) - "Neftçi" (Azərbaycan)

"Makkabi" (Hayfa, İsrail) - “Kayrat” (Qazaxıstan)

"Lüdoqorets" (Bolqarıstan) - "Şaxtyor" (Soliqorsk, Belarus)

“Ferentsvaroş” (Macarıstan) - İlkin mərhələnin qalibi

"Jalgiris" (Litva) - “Linfild” (Şimali İrlandiya)

"Flora" (Estoniya) - “Hamrun Spartans” (Malta)

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Valür" (İslandiya)

I təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR