"Qəbələ"li Nəriman Abbasov bu gün “Fight Night Global 71”də

29 İyul 2017 17:00 Boks 847
"Qəbələ"li Nəriman Abbasov bu gün “Fight Night Global 71”də

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Nəriman Abbasov bu gün növbəti sınağına çıxacaq. Sportinfo.az xəbər verir ki, idmançımız MMA üzrə “Fight Night Global 71” turniri çərçivəsində qüvvəsini sınayacaq.

Abbasov Rusiya paytaxtı Moskvada keçirilən turnirdə Dmitri Qorobetslə üz-üzə gələcək.

Yüngül çəki dərəcəsində (70,3 kq) mübarizə aparan təmsilçimiz Rusiyanın Xabarovsk şəhərindən olan rəqibi ilə müqayisədə daha təcrübəlidi.

20-ci döyüşünə çıxacaq Nərimanın hesabında 16 qələbə və 3 məğlubiyyət var. Hesabında 2 qələbə olan Qorobets isə yalnız 3-cü döyüşünə çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...