Azərbaycan millisi dünya çempionatının hazırlığına başladı

19 İyul 2017 00:40 Boks 850
Azərbaycan millisi dünya çempionatının hazırlığına başladı

Kişi boksçulardan ibarət Azərbaycan millisi növbəti təlim-məşq toplanışına start verib. Sportinfo.az xəbər verir ki, Avropa çempionatından sonra istirahətdə olan komandamız Bakıda bir araya gəlib.

Avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində baş tutacaq dünya çempionatına hesablanan hazırlığın ilk mərhələsi iyulun 23-də başa çatacaq. Boks Mərkəzində təşkil olunan ilkin mərhələdə əsasən fiziki məşqlərə üstünlük veriləcək.

Təlim-məşq toplanışına 5-i mundiala qatılacaq boksçu olmaqla 10 idmançı cəlb edilib. Dünya çempionatında bizdən Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) iştirak etmək hüququna yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...