Azərbaycanın nifrətini qazandı, indi kabus yaşayır - VİDEO

30 Noyabr 2020 19:00 Bizimkilər 939
Azərbaycanın nifrətini qazandı, indi kabus yaşayır - VİDEO

İspaniya 2-ci liqasında 15-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Tenerife” ilə qarşılaşıb. Ermənilərin Qarabağda törətdiyi vəhşiliklərə susduğu üçün Azərbaycan ictimaiyyətinin nifrətini qazanan futbolçunun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, 71-ci dəqiqədə meydana buraxılıb.

“Albasete” 15 oyuna topladığı 10 xalla 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO