COP29

“Mahir bundan öyünməyə başlayır - Sərt xasiyyəti var, bəzən əsəbiləşə bilər"

29 Noyabr 19:20 Bizimkilər 1 259
“Mahir bundan öyünməyə başlayır - Sərt xasiyyəti var, bəzən əsəbiləşə bilər"

"Nürnberq"in baş məşqçisi Miroslav Kloze komandasının hücumçusu Mahir Emreli barədə danışıb.

"Bild" qəzeti yazır ki, bu mövsüm aktivində 3 qolu və 1 qol ötürməsi olan Emreli bu nəticəyə görə komanda yoldaşı Tsimasdan (6 qol, 1 qol ötürməsi) geri qalsa da, meydandan kənarda əsas liderlərdən birinə çevrilir.

Sportinfo.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Kloze Mahirin emosionallığı haqda danışarkən bildirib:

"Mahirin sərt xasiyyəti var. O, oyun zamanı ona xoş olmayan nəsə baş verərsə, bəzən əsəbiləşə bilər".

Qəzetin yazdığına görə, ümumən Kloze Mahirdəki inkişafdan çox razıdır:

"Xoş və müsbət haldır ki, o, derbidəki kimi bloklar edərkən bundan öyünməyə başlayır. Mən onun formasının aydın şəkildə yaxşılaşdığını görürəm".

Digər Xəbərlər
Xəbər Lenti