Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı karyerasını bitirdi

14 Noyabr 2024 08:20 Bizimkilər 893
Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı karyerasını bitirdi

Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı atlet ehtiyac duyulacağı halda yenidən start xəttinə çıxa biləcəyini də istisna etməyib.

"Peşəkar karyeramı bitirmişəm. Ola bilsin ki, lazım gələrsə, estafet komandasında çıxış edim.

Amma bu mövzu ilə bağlı hələlik federasiya ilə danışmamışıq. İdmanla hazırda yalnız zövqüm üçün məşğul oluram".

Dünya və Avropa çempionu ötən il zədələndiyi üçün yalnız Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində yarışlara qatılıb. Lakin dördilliyin əsas yarışında iştirak hüququ qazana bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”