Rusiya - Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

5 Noyabr 2024 08:10 Bizimkilər 556
Rusiya - Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Rusiya və Ukrayna arasında hazırda davam edən müharibədə daha bir azərbaycanlı həlak olub.

“Qafqazinfo”nun məlumatına görə, əslən Lənkəranın Separadi kəndindən olan həmyerlimiz Zöhrab Əbülhəsən oğlu Əzimov Belqorod şəhəri istiqamətində Rusiyanın apardığı döyüşlərdə aldığı güllə yarasından ölüb.

Rusiya vətəndaşı olan 52 yaşlı Z.Əzimov bir neçə ay bundan əvvəl döyüşlərə qatılmışdı, ailəli idi.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!