Mahir Emreli: “Sən hücumda çıxış edirsənsə, daha çox təzyiqdə olursan”

20 Noyabr 2024 00:40 Bizimkilər 781
Mahir Emreli: “Sən hücumda çıxış edirsənsə, daha çox təzyiqdə olursan”

“Millidə qol vurmaq heyrətamizdir, amma qalib gəlmək daha vacibdir”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Nürnberq”in hücumçusu Mahir Emreliyə məxsusdur.

O, “millidə, yoxsa klubda qol vurmaq yaxşıdır” sualını bu cür cavablandırıb:

“Yığmada xoşuma gələn əsas şey matçı qazanmaqdır. Çünki bizim o qədər də çox vaxtımız yoxdur.

Bir mövsümdə oyunumuz da azdır. Bu səbəbdən diqqətinizi yalnız qarşılaşmaya yönləndirirsiz və qalib gəlməyin lazım olduğunu bilirsiz.

Kimin qol vuracağı isə vacib deyil. Ancaq oynadığın klubda hər şey fərqlidir.

Sən hücumda çıxış edirsənsə, daha çox təzyiqdə olursan və fərqlənməyə ehtiyacının olduğunu düşünürsən. Burada fərqlənsən, eynisini millidə da göstərə bilərsən”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu