Azərbaycanlı Həbibi döyüşə çağırdı: "Çamadanım hazırdır, səni gözləyirəm" - VİDEO

18 Sentyabr 2021 14:20 Bizimkilər 1 135
Azərbaycanlı Həbibi döyüşə çağırdı: "Çamadanım hazırdır, səni gözləyirəm" - VİDEO

"Allah Əbdülmanaf Nurməhəmmədova rəhmət etsin, ruhu şad olsun. Bu qələbəni ona həsr edirəm".

Sportinfo.az xəbər verir ki, bunu azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnirdə Şamil Zavurova qalib gəldiyi titul döyüşündən sonra deyib.

27 yaşlı idmançı vida döyüşünü ona qarşı keçirən Zavurova təşəkkür edib: "Şamilə sonrakı karyerasında uğurlar arzu edirəm".

UFC-yə keçməyə hazırlaşan Abbasov Nurməhəmmədova da üz tutub: "Həbibə demək istəyirəm ki, çemodanım hazırdır. Səni gözləyirəm".

Zavurov isə Abbasovun ondan güclü olduğunu etiraf edib: "Təəssüf ki, vida döyüşümdə uduzdum. Bu gün Nəriman məndən güclü idi. O, əsl çempiondur. Layiqli qələbə qazandı".

Nəriman Abbasov Şamil Zavurova ilk raunddaca nokautla qalib gəlib. Tərəflər döyüşə kəşfiyyatla başlasalar da, ilk raundun sonuna doğru Abbasov Zavurova bir neçə güclü zərbə endirib.

Zərbələrdən sarsılan "Dağıstan Şiri" geri çəkilib, "Çingizxan" isə bundan ruhlanaraq, istəyinə daha erkən çatmağa can atıb. Raundun sonluğunda o, rəqibini təslim olmağa məcbur edib.

Bu, Həbib Nurməhəmmədovun yeznəsi olan Zavurovun vida görüşü olub. Nurməhəmmədov Zavurova rəqib kimi azərbaycanlı idmançı Nəriman Abbasovu təklif edib.

Şamil Zavurov MMA-da indiyədək 47 döyüş keçirib və bunlardan 40-da qalib gəlib. Nəriman Abbasov isə artıq 12 döyüşdür uduzmur.

O, hazırda yüngül çəkidə Rusiyanın “AMC Fight Nights” təşkilatına məxsus kəmərin sahibidir. Abbasov bu kəməri iki dəfə uğurla müdafiə edib. Azərbaycanlı idmançı 30-cu döyüşündə 27-ci qələbəsini qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"