Millimiz Kipri uddu, Avropa Kubokuna vəsiqə qazandı

10 İyun 2024 02:00 Basketbol 770
Millimiz Kipri uddu, Avropa Kubokuna vəsiqə qazandı

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində final görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, yığmamız Kipr seçməsi ilə üz-üzə gəlib.

Komanda rəqibini 20:18 hesabı ilə üstələyərək Avropa Kubokuna vəsiqə qazanıb.

Əsas mərhələ 22-25 avqustda Avstriyanın paytaxtı Vyanada olacaq.

Xatırladaq ki, daha əvvəl qadınlardan ibarət milli də final mərhələsinə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!