Azərbaycanın qızlardan ibarət millisi İslandiyaya uduzdu

6 Avqust 07:10 Basketbol 327
Azərbaycanın qızlardan ibarət millisi İslandiyaya uduzdu

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Rumıniyada keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, IV turda İslandiya seçməsi ilə qarşılaşan Azərbaycan komandası məğlub olub - 74:77.

Millimiz daha əvvəl Rumıniyaya 55:81, Portuqaliyaya 52:90, Niderlanda isə 72:79 hesabı ilə uduzub.

Bu nəticədən sonra A qrupunda İslandiya 7 xalla liderdir. Rumıniya və Portuqaliya seçmələri 6 xalla ikinci-üçüncü pillələri bölüşür.

Niderland və Azərbaycan yığmalarının aktivində isə 4 xal var.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR