Millimiz Bakıda Belarusla iki yoxlama oyunu keçirəcək

9 İyun 03:20 Basketbol 407
Millimiz Bakıda Belarusla iki yoxlama oyunu keçirəcək

Azərbaycanın kişi basketbolçulardan ibarət yığması Belarus millisi ilə iki yoxlama matçı keçirəcək.

Sportinfo.az xəbər verir ki, komanda Belarusla iyunun 20-si və 22-də Bakıda gücünü sınayacaq.

Sınaq matçları Avropa çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində son qrup oyunlarına hazırlıq məqsədi daşıyacaq.

Azərbaycan millisi qrupdakı son oyunlarını iyulun 2-də səfərdə Lüksemburqa, 5-də isə Bakıda İrlandiyaya qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR