“Onlara qalib gəlmək üçün gücümüz də, inamımız da var"

02:50 Basketbol 88
“Onlara qalib gəlmək üçün gücümüz də, inamımız da var"

Azərbaycanın kişi basketbolçulardan ibarət millisi final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsinin son qrup oyunlarında qələbə qazanmağı hədəfləyib.

bunu "report"a açıqlamasında Gəncədə təlim-məşq toplanışında olan komandanın baş məşqçisi Tahir Baxşıyev deyib.

Mütəxəssis hazırlıq prosesi və qarşıdakı planlar barədə danışıb:

"Təlim-məşq toplanışı başlayıb. Dünən birinci məşqimiz oldu, bu gün səhər də hazırlaşdıq.

Gündə iki məşqimiz olacaq. Hazırlıq daha çox taktiki xarakter daşıyır, çünki basketbolçular mayın 20-dən bir araya gələrək fiziki məşqləri tamamlayıblar.

Bizi qarşıda Belarus ilə iki yoldaşlıq görüşü gözləyir. Bu matçlardan sonra hazırlığı Bakıda davam etdirəcəyik.

Əsas məqsəd son 2 rəsmi oyunda qələbə qazanmaqdır. Bunun üçün gücümüz də, inamımız da var.

Oyunçuların hər birinin diqqəti tam olaraq qələbəyə yönəlib. Çətin olacaq, lakin hər iki görüşdə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".

Azərbaycan millisi qrupdakı son oyunlarını iyulun 2-də səfərdə Lüksemburqa, 5-də Bakıda İrlandiyaya qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
8 İyun 07:00 Günün hava proqnozu