Millimiz Lüksemburq və İrlandiya ilə oyunların hazırlığına başladı

04:00 Basketbol 70
Millimiz Lüksemburq və İrlandiya ilə oyunların hazırlığına başladı

Gəncədə basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı baş tutacaq.

Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Tahir Baxşıyev hazırlıq prosesinə aşağıdakı oyunçuları dəvət edib:

Amil Həmzəyev, Kamran Məmmədov, Endar Poladxanlı, Şirzad Şirzadov, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Əkbər Məmmədov, Ulaş Turqut, Ercan Donat, Səid İsmayılov, Emanuel Aqbason, Orxan Aydın, Nicat Məmmədli və Derin Berkoz.

Toplanış yığmanın 2029-cu ildə baş tutacaq Avropa çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində Lüksemburq və İrlandiya yığmalarına qarşı keçirəcəyi son qrup oyunlarına hazırlıq məqsədi daşıyır.

Gəncə toplanışında əsas milli komanda ilə yanaşı, U-18 və U-20 yığmaları da iştirak edəcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 İyun 16:55 Onlara viza verilmədi