Azərbaycanın 3x3 millisi Dünya Kubokunun 1/4 finalına yüksəldi

04:30 Basketbol 90
Azərbaycanın 3x3 millisi Dünya Kubokunun 1/4 finalına yüksəldi

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Polşanın paytaxtı Varşava şəhərində keçirilən Dünya Kubokunun play-in mərhələsində Litva ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, yığmamız əlavə vaxta gedən oyunda rəqibinə 14:12 hesabı ilə qalib gələrək, 1/4 finala vəsiqə qazanıb.

Azərbaycan millisi növbəti mərhələdə Almaniya yığması ilə üz-üzə gələcək. İyunun 6-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti