“Sabah” Bakıda bu işi uşaqlar üçün gördü - FOTOLAR

01:50 Basketbol 66
“Sabah” Bakıda bu işi uşaqlar üçün gördü - FOTOLAR

Sportinfo.az xəbər verir ki, “Sabah”ın təşkilatçılığı ilə yeni uşaq meydançasının açılış mərasimi keçirilib.

"Basketbol hər yerdə" layihəsi çərçivəsində Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 50B ünvanında (İçərişəhərin Dördbucaqlı Qala ərazisi) baş tutan açılış tədbirində "Sabah"ın basketbolçuları Endər Poladxanlı, Şirzad Şirzadov və Kamran Məmmədov da iştirak edərək azarkeşlərlə görüşüblər.

Layihənin məqsədi basketbolu kütləviləşdirmək, xüsusilə gənc və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirmələrinə və sağlam həyat tərzinə təşviq etməkdir.

Açılış mərasimində, İçərişəhər Dövlət Memarlıq Qoruğunun şöbə müdiri Canoğlan İlyasov, sədri Rüfət Mahmud, Ağsaqqal Şurasının sədri Əliheydər Dadaşov və “Sabah” Futbol Akademiyasının koordinatoru Giorgi Minaşvili çıxış edib.

Onlar yeni inşa olunan meydança ilə bağlı fikirlərini səsləndiriblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 May 03:40 Batumidə 5 medal