“Çox asan şəkildə oyundan atıldım, nə lazımdırsa, edəcəyik"

03:40 Basketbol 61
“Çox asan şəkildə oyundan atıldım, nə lazımdırsa, edəcəyik"

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin "Ordu" ilə ikinci matçında "Gəncə"nin oyunçuları xarakter göstəriblər.

Sportinfo.az xəbər verir ki, bunu Gəncə təmsilçisinin baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

"Məncə, meydanda xarakter göstərdik. Amma digər tərəfdən hakimlərin ünvanına söyləniləcək bir fikir varsa, kaş ki, bu mövsümü yerlilərlə davam etdirərdik.

Çünki çox yaxşı idarəçilik olurdu. Onların əməyi, bacarığı böyükdür.

Bu matçda çox asan şəkildə oyundan atıldım. Hakimlərlə ünsiyyət, rabitə belə qura bilmədik.

Oyunu şərh etməyəcəm. Hər şey ortadadır, səsləndirilməyən fitlər var", - deyə o vurğulayıb.

H.Atlı növbəti oyun barədə danışıb:

"Komandamı, köməkçilərimi təbrik edirəm. Məşqçilər mən meydandan uzaqlaşdırıldıqdan sonra komandaya çox dəstək oldular. Daha bir oyun var. Köklənəcəyik və turu keçmək üçün nə lazımdırsa, edəcəyik".

Gəncə İdman Sarayında gerçəkləşən qarşılaşma meydan sahiblərinin qalibiyyəti ilə bitib - 85:78. İlk görüşdə "Ordu" qələbə qazandığı (108:106) üçün yarımfinala yüksələcək komanda üçüncü görüşdə müəyyənləşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq