"Sabah" sonuncu oyununda qələbə qazandı, 7-ci yeri tutdu - Çempionlar Liqasında

03:10 Basketbol 74
"Sabah" sonuncu oyununda qələbə qazandı, 7-ci yeri tutdu - Çempionlar Liqasında

"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasındakı sonuncu oyununda qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi 7-8-ci yerlər uğrunda Türkiyədən "Tofaş" ilə üz-üzə gəlib.

Qarşılaşma 86:60 hesabı ilə bitib.

U-18 daha əvvəl 5-8-ci yerlər uğrunda görüşdə Serbiyanın "Borats" klubuna uduzub - 60:67.

Qrup mərhələsində Almaniyanın "Porşe BBA Lyudviqsburq" kollektivinə qalib gələn (72:61) "Sabah" ilk oyunda Bosniya və Herseqovina təmsilçisi "İqokea"ya (58:88) məğlub olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 19:50 Çək və bizə göndər!