"Sabah" növbəti oyununda uduzdu - Çempionlar Liqasında

03:20 Basketbol 76
"Sabah" növbəti oyununda uduzdu - Çempionlar Liqasında

"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu gün 5-8-ci yerlər uğrunda matça çıxıb.

Serbiya təmsilçisi "Borats"la qarşılaşan "bayquşlar" 60:67 hesabı ilə uduzublar. Qarşılaşma Bosniya və Herseqovinada reallaşıb.

"Sabah"ın U-18 komandası ötən gün B qrupunda Almaniyanın "Porşe BBA Lyudviqsburq" kollektivini məğlub edib -72:61.

"Bayquşlar" ilk oyunda Bosniya və Herseqovina təmsilçisi "İqokea"ya 58:88 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Aprel 17:50 Çək və bizə göndər!