"Düzünü desəm, nə deyəcəyimi bilmirəm, bizim üçün çətindir"

04:00 Basketbol 97
"Düzünü desəm, nə deyəcəyimi bilmirəm, bizim üçün çətindir"

"Lənkəran" basketbol klubu geniş heyətə malik rəqiblərlə mübarizə aparmaqda çətinlik çəkir.

Sportinfo.az xəbər verir ki, bunu klubun mətbuat xidmətinə açıqlamasında baş məşqçi Georgi Kondruseviç deyib.

Mütəxəssis Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində "Gəncə"yə qarşı keçirilən ilk oyunu dəyərləndirib.

"Düzünü desəm, nə deyəcəyimi bilmirəm. Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm.

Onların oyunlarını daha da yaxşılaşdırmaq üçün kifayət qədər geniş ehtiyat qüvvələri var.

Heyəti bu qədər geniş olan rəqiblə rəqabət aparmaq bizim üçün çətindir. Bu qarşılaşmada da qeyri-sabit oyun nümayiş etdirdik", - o bildirib.

Gəncə Olimpiya İdman Kompleksində baş tutan qarşılaşmada ev sahibləri 91:55 hesablı qələbə qazanıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti