Millinin oyunçuları internat məktəbində nə etdi? - VİDEO

23 Mart 08:20 Basketbol 293
Millinin oyunçuları internat məktəbində nə etdi? - VİDEO

8 saylı internat məktəbində yadda qalan və duyğusal anlarla zəngin xüsusi görüş baş tutub.

Sportinfo.az xəbər verir ki, məktəbin qonaqları Azərbaycan Milli Basketbol Komandası olub.

Komandanın ziyarəti internat məktəbinin şagirdləri üçün əsl bayrama çevrilib.

Uşaqların sevincinin həddi-hüdudu olmayıb, onların üzündəki təbəssüm və həyəcan bu görüşün necə önəmli olduğunu bir daha göstərib. Görüş çərçivəsində uşaqlarla səmimi söhbətlər aparılıb, xatirə şəkilləri çəkdirilib.

Məktəb kollektivi Azərbaycan Basketbol Federasiyası tərəfindən göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını ifadə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti