Azərbaycan millisi Türkiyədə bürünc medal qazandı

03:10 Basketbol 83
Azərbaycan millisi Türkiyədə bürünc medal qazandı

Azərbaycanın 14 yaşadək basketbolçulardan ibarət millisi Türkiyədə keçirilən "EVOQ Challenge Cup" turnirində uğurlu çıxış edib.

Sportinfo.az xəbər verir ki, yığma Yalova şəhərində təşkil olunan yarışda güclü rəqiblərlə mübarizə apararaq yekunda üçüncü pilləyə sahib çıxıb.

Turnirin qalibi "Fənərbağça" olub. İkinci yeri isə "İstanbul Büyükşehir Belediyesi" komandası tutub.

Beləliklə, Azərbaycan millisi turniri bürünc medalla başa vuraraq mükafatçılar sırasında yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti