"Sabah"ın gənclər komandası Çempionlar Liqasında - FOTO

16 Mart 08:20 Basketbol 795
"Sabah"ın gənclər komandası Çempionlar Liqasında - FOTO

7-12 apreldə Bosniya və Herseqovinanın Laktasi şəhərində keçiriləcək basketbol üzrə gənclərin Çempionlar Liqasında 12 komanda 4 qrupda mübarizə aparacaq.

SportİNFO.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 4-cü dəfə keçiriləcək liqada ilk dəfə Azərbaycan təmsilçisi iştirakçılar sırasında yer alıb.

Püşkatmanın nəticəsinə əsasən, "Sabah" "B" qrupunda mübarizə aparacaq. Bu qrupda təmsilçimizin rəqibləri "Igokea" (Bosniya və Herseqovina) və "BBA Ludwigsburg" (Almaniya) klubları olacaq.

Reqlamentə əsasən qrup qalibləri mübarizəni yarımfinalda davam etdirəcək.

İkinci yeri tutanlar 5-8, qrup sonuncuları isə 9-12-ci yerlər uğurunda yarışacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!