Millimiz Çempionlar kubokunun finalında Niderlanda uduzdu

02:50 Basketbol 72
Millimiz Çempionlar kubokunun finalında Niderlanda uduzdu

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar kubokunda final matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, yarımfinalda ABŞ millisinə 22:20 hesabı ilə qalib gələn komanda həlledi görüşdə Niderland yığması ilə qarşılaşıb.

Görüş rəqibin 21:12 hesablı qələbəsi ilə başa çatıb.

Beləlilkə, Azərbaycan millisi turnirin gümüş medalarını qazanıb.

Turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti