"Ordu" "Sumqayıt"ı, "Naxçıvan" da "Sərhdəçi"ni məğlub etdi - FOTO

13 Mart 04:10 Basketbol 603
"Ordu" "Sumqayıt"ı, "Naxçıvan" da "Sərhdəçi"ni məğlub etdi - FOTO

Azərbaycan Basketbol Liqasında XIX tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə B qrupunun iki qarşılaşması keçirilib.

Bu matçlarda "Ordu" "Sumqayıt"ı (121:98), "Naxçıvan" isə "Sərhdəçi"ni (83:67) məğlub edib.

Görüşlərdən biri Sumqayıt Olimpiya İdman Kompleksində, digəri Bakı İdman Mərkəzində baş tutub.

XIX tura martın 15-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR