Millimiz Bolqarıstan böyük hesabla uduzdu - AVRO-2027-nin seçmə mərhələsi

13 Mart 03:40 Basketbol 635
Millimiz Bolqarıstan böyük hesabla uduzdu - AVRO-2027-nin seçmə mərhələsi

Azərbaycanın qadın basketbolçulardan ibarət milli komandası AVRO-2027-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi kollektiv 4-cü turda Bolqarıstan qonağı olub.

Plovdiv şəhərindəki "Kolodrum Arena"da keçirilmiş görüşdə millimiz rəqibinə böyük hesabla uduzub(120:40).

Azərbaycan millisi E qrupunda daha əvvəl Bolqarıstana (48:141), Monteneqroya (62:104) və Ukraynaya (34:98) məğlub olmuşdu.

Hazırda millimiz sonuncu pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR