Azərbaycan Basketbol Liqasının XVIII turunda "Sərhədçi" "Ordu" ilə üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, qarşılaşma "Sərhədçi" İdman Mərkəzində baş tutub.
Görüş "Sərhədçi"nin 70:67 hesablı qələbəsi ilə nəticələnib.
"Sumqayıt" səfərdə "Quba"nı 117:116 hesabı ilə məğlub edib. XVIII tura martın 8-də yekun vurulacaq.

