Millimizi təhqir edən baş məşqçidən şikayət olundu - VİDEO

02:00 Basketbol 103
Millimizi təhqir edən baş məşqçidən şikayət olundu - VİDEO

Azərbaycan Basketbol Federasiyası İrlandiya millisinin baş məşqçisi Maykl Bridən Beynəlxalq Basketbol Federasiyasına (FIBA Europe) şikayət edib.

Sportinfo.az prosport.az-a istinadən xəbər verir ki, şikayət fevralın 27-də Avropa çempionatının (EuroBasket-2029) ilkin seçmə mərhələsinin Dublində keçirilən İrlandiya – Azərbaycan oyununda meydan sahiblərinin baş məşqçisinin ölkəmiz əleyhinə səsləndirdiyi təhqiramiz fikirlərlə bağlıdır.

Belə ki, şikayət məktubunda 3-cü periodun bitməsinə 9 dəqiqə 16 saniyə qalmış götürülən taym-aut zamanı 45 yaşlı məşqçinin Azərbaycanı təhqir etməsi göstərilib.

Federasiya televiziya ilə açıq-aydın eşidilən bu fikirlərin yolverilməz olduğunu, feyr-pley qaydalarına və idman ruhuna uyğun gəlmədiyini bildirib, bu məsələnin araşdırılması və irlandiyalı məşqçi barəsində lazımi intizam tədbirlərinin görülməsi xahiş edilib.

Millimiz həmin görüşdə 76:75 hesabı ilə qalib gələrək A qrupunun turnir cədvəlində 3-cü sıraya yüksəlib. Tərəflər iyulun 5-də Bakıda cavab oyununa çıxacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu