Azərbaycan millisi 1 xallıq fərqlə İrlandiyaya qalib gəldi

1 Mart 01:20 Basketbol 46
Azərbaycan millisi 1 xallıq fərqlə İrlandiyaya qalib gəldi

Azərbaycan basketbol millisi Avropa çempionatı-2029-un seçmə mərhələsində ilk qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, yığmamız Dublində İrlandiya millisini 76:75 hesabı ilə məğlub edib.

Azərbaycan millisinin heyətində ən məhsuldar oyunçular Uesli Van Bek və Kamal Məmmədov olub. Onlar müvafiq olaraq 20 və 18 xal toplayıblar.

Qrupun 3-cü turunun digər oyununda Şimali Makedoniya öz meydanında Lüksemburqu 79:70 hesabı ilə üstələyib.

Beləliklə, üç turdan sonra Şimali Makedoniyanın 6, Lüksemburqun 5, Azərbaycanın 4, İrlandiyanın isə 3 xalı var.

Bu, Azərbaycan millisinin Avropa və dünya çempionatlarının seçmə mərhələləri tarixində ikinci səfər qələbəsidir.

İlk belə uğur 2012-ci ildə Avrobasket-2013-ün seçmə mərhələsində Lüksemburqa qarşı əldə olunmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti