Azərbaycan millisinin serbiyalı baş məşqçisindən AÇIQLAMA

05:20 Basketbol 83
Azərbaycan millisinin serbiyalı baş məşqçisindən AÇIQLAMA

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin məqsədi ilk dəfə qatılacağı FIBA Çempionlar Kubokunda keçirəcəyi bütün oyunlarda qələbə qazanmaqdır.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ratomir Deliç açıqlama verib.

Serbiyalı mütəxəssis ikinci dəfə təşkil olunan yarışa ilk dəfə qatılacaqlarını xatırladıb:

"Çempionlar Kuboku kimi elit yarışın bir hissəsi olmaq həqiqətən xoşdur. Məqsədimiz bütün matçlarda qələbə qazanmaqdır.

Hər oyunda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Bir daha vurğulayıram, bu, elit turnirdir.

Dünyanın ən yaxşı komandaları burada mübarizə aparacaqlar. Ona görə də işimiz asan olmayacaq".

Azərbaycan yığması ikinci dəfə təşkil olunacaq turnirdə Avropa Kuboku 2025-in finalçısı kimi iştirak hüququ qazanıb. Martın 13-dən 15-dək baş tutacaq yarışda milli B qrupunda İspaniya, Kanada və Tayland yığmaları ilə üz-üzə gələcək.

Turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı