"Abşeron" və "Ordu" qalibiyyət əldə etdi

04:20 Basketbol 55
"Abşeron" və "Ordu" qalibiyyət əldə etdi

Azərbaycan Basketbol Liqasında XVII turun növbəti oyunları baş tutub.

Sportinfo.az xəbər verir ki, A qrupunda "Gəncə" səfərinə yollanan "Abşeron Lions" 81:71 hesablı qələbəyə sevinib.

B qrupunda isə "Ordu" və "Quba" kollektivləri münasibətlərinə aydınlıq gətiriblər. Qarşılaşma birincilərin 98:87 hesablı qələbəsi ilə bitib.

Daha əvvəl keçirilən görüşlərdə "Sərhədçi" "Lənkəran"ı (83:69), "Naxçıvan" "Sumqayıt"ı (110:107) məğlub edib.

XVII tura fevralın 14-də yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Fevral 18:10 Çək və bizə göndər!