“Neftçi”nin baş məşqçisi üzüldü: “Səhvlərə yol verdik"

9 Fevral 08:20 Basketbol 528
“Neftçi”nin baş məşqçisi üzüldü: “Səhvlərə yol verdik"

"Neftçi" Azərbaycan Basketbol Liqasının XVI turunda baş tutan "Sabah"la matçda (79:98) səhvlərə yol verib və bir çox şansları dəyərləndirə bilməyib.

Sportinfo.az xəbər verir ki, bunu baş məşqçi Vitali Stepanovski klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis komandasının oyunundakı sabitliyin pozulmasından şikayətlənib:

"Əvvəlki matçdan sonra nəticələr çıxardıq və ümumilikdə oyun planımız yaxşı işlədi. Oyuna çox yaxşı başladıq,

ilk hissədə sabit çıxış etdik və yaxşı enerji ilə oynadıq. İkinci hissədə isə həddindən artıq sadə səhvlərə yol verdik və bir çox şanslarımızı dəyərləndirə bilmədik.

"Sabah" səviyyəsində olan bir komandaya qarşı səhvləri maksimum dərəcədə azaltmalı və bütün 40 dəqiqə ərzində diqqətli olmaq lazımdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb