“Oyunçularımızın verdiyi bəzi qərarlardan razı qalmasam da, bunu bəyəndim”

04:10 Basketbol 58
“Oyunçularımızın verdiyi bəzi qərarlardan razı qalmasam da, bunu bəyəndim”

"Sabah" Azərbaycan Basketbol Liqasının XVI turunda "Neftçi" üzərində layiqli qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Rimas Kurtinaytis oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis oyuna nəzarət etdiklərini söyləyib:

"Oyuna bir qədər ehtiyatsız başladıq. Lakin sonradan gedişatı öz xeyrimizə dəyişməyi bacardıq.

Ümumilikdə oyuna nəzarət bizdə idi. Bəzi epizodlarda oyunçularımızın verdiyi qərarlardan razı qalmasam da, əzmkarlığı və müdafiədəki oyunu bəyəndim.

Xüsusilə dördüncü periodda oyunumuz yaxşı alındı. Düşünürəm ki, layiqli qələbə qazandıq".

Bakı İdman Sarayında baş tutan görüş "Sabah"ın 98:79 hesablı qələbəsi ilə bitib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 20:00 Çək və bizə göndər!
8 Fevral 03:20 "Gəncə"dən qalibiyyət