“Həyatımda bu cür hakimlər və belə idarəetmə görməmişəm”

04:10 Basketbol 93
“Həyatımda bu cür hakimlər və belə idarəetmə görməmişəm”

“Sona qədər mübarizə apardıq. Sadəcə sonda uduzduq”.

Sportinfo.az xəbər verir ki, bunu “Quba” basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov “Naxçıvan”la matçdan sonra deyib.

B qrupunun matçında “Naxçıvan”la qarşılaşan “Quba” 70:82 hesabı ilə məğlub olub.

“Yenə də məsələ ehtiyat skamyanın zəif olması, hündür oyunçumuzun olmamasıdır. Üçüncü hissənin ortalarında və dördüncü hissədə oyunçuların sanki kondisiyaları aşağı düşdü. “Naxçıvan”ı təbrik edirəm. Bizə qarşı çox güclü oynadılar. Görünür ki, kubokdakı oyundan nəticə çıxarıblar. Oyunçularıma nə deyə bilərəm? Oynadılar və bu qədərinə gücümüz çatdı. Belə oyunları 6-7 basketbolçu ilə qalib başa vurmaq olmur. Növbəti matçlara hazırlaşacağıq. Mübarizəyə davam edirik. Görək də, sonda necə olacaq”, - Əsgərov bildirib.

“Naxçıvan” BK-nın baş məşqçisi Nikola Bozinoski “Quba” ilə oyunda hakimlikdən ciddi narazı qalıb.

“İlk olaraq qələbə münasibətilə komandamı təbrik edirəm. Xüsusilə bildirmək istəyirəm ki, bəzi anlarda hakimlər oyunun önünə keçməyə çalışdılar. Həyatımda bu cür hakimlər və belə idarəetmə görməmişəm. Çox pis performans sərgilədilər. Ümid edirəm ki, özləri bu oyunu yenidən izləyəcəklər. Qalibiyyətə gəlincə isə komandam yaxşı çıxış etdi. Bütün dediklərimi yerinə yetirdilər. Növbəti matça köklənəcəyik”, - baş məşqçi deyib.

Store Neftchi
Xəbər Lenti
31 Yanvar 18:10 Çək və bizə göndər!
31 Yanvar 17:50 "Mən bu ruhu tanıyıram"