"Naxçıvan" "Quba"ya acımadı

31 Yanvar 04:20 Basketbol 653
"Naxçıvan" "Quba"ya acımadı

Azərbaycan Basketbol Liqasının XV turunda daha bir oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, B qrupunun matçında "Quba" ilə qarşılaşan "Naxçıvan" 82:70 hesabı ilə qalib gəlib.

Qarşılaşma Bakı İdman Sarayında baş tutub.

Turun ötən gün baş tutan "Lənkəran" - "Ordu" qarşılaşması qonaqların qələbəsi ilə yekunlaşıb - 103:63.

Azərbaycan Basketbol Liqasında XV tura fevralın 1-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR