"Lənkəran" amerikalı Bilalla yollarını ayırdı

31 Yanvar 04:10 Basketbol 449
"Lənkəran" amerikalı Bilalla yollarını ayırdı

"Lənkəran" basketbol klubu amerikalı legioneri Bilal Şabaz ilə yolları ayırdığını rəsmən açıqlayıb.

Sportinfo.az xəbər verir ki, tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

25 yaşlı basketbolçu cənub təmsilçisinə cari mövsümün əvvəlində qoşulmuşdu.

"Lənkəran" bundan əvvəl Ankit Çoudhari və Antoni Tseqekele ilə də vidalaşıb. Komanda əvəzində kanadalı Rahem Sullivan ilə güclənib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!